Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89577
az

Bayden Çinin müdafiə nazirinə qarşı sanksiyaları ləğv edir

20:1421 May, 2023
124
DÜNYA
  • A
ABŞ Prezidenti Cozef Bayden Vaşinqtonun Çinin müdafiə naziri Li Şanfuya qarşı sanksiyaları yumşaldacağını və ya ləğv edəcəyini etiraf edib. Oxu24.com TASS-a istinadən xəbər verir ki, o, bunu "Böyük Yeddiliy"in (G7) sammitinin yekunlarına dair mətbuat konfransında bildirib. "Bu, hazırda müzakirə olunur", - deyən Bayden məhdudiyyətlərin qaldırılması və ya yüngülləşdirilməsi ilə bağlı suala cavabında qeyd edib ki, ABŞ Pekinin hərbi potensialını gücləndirmək üçün istifadə edə biləcəyi materialların və texnologiyaların ötürülməsinə qoyulan qadağanı aradan qaldırmaq niyyətində deyil. Bundan əvvəl məlum olub ki, Pentaqonun rəhbəri Lloyd Ostin iyunun əvvəlində Li Şanfu ilə görüş planlaşdırdığını açıqlayıb. Çin isə görüş üçün müraciətləri rədd edib, imtina səbəbi kimi ABŞ-ın mövcud məhdudiyyətləri göstərilib. Li Şanfuya qarşı sanksiyalar isə 2018-ci ildə Rusiyadan "Su-35" qırıcıları və "S-400" zenit-raket kompleksləri almasına görə tətbiq edilib. Nigar Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna ilə Rusiya arasındakı müharibə bu il bitə bilər
Qurani-Kərimi ayaqlayıb videoya çəkdi- Saxlanıldı
Antalyada zəlzələ oldu

Sağlamlığınıza belə nəzarət      edə      biləcəksiz

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
3 nəfər belə öldü - DƏHŞƏTLİ VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qaxda azyaşlı qızı yük    maşını      vurdu