Qaynar xətt:

(+99450) 247 90 86

Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb

Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb

DÜNYA

459

21.05.2023, 13:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əfqanıstanın Samanqan əyalətində ölkədə hakimiyyəti ələ keçirmiş “Taliban” terrorçularına məxsus hərbi helikopter qəzaya uğrayıb.

Oxu24.com “TOLOnews”a istinadən xəbər verir ki, bu barədə yerli administrasiya məlumat yayıb.

Bildirilib ki, insident əyalətin şimal ərazisində baş verib. Helikopterin qəzaya uğramasına səbəb onun elektrik xəttinin dayağı ilə toqquşması olub. “Taliban”ın Samanqandakı nümayəndəsi insident zamanı həlak olanlar barədə bilgi verməyib.

Bununla belə, əyalətin güc strukturlarındakı mənbələr telekanala göyərtədəki hər iki pilotun öldüyünü bildiriblər.

Nigar