Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyaya məxsus 4 ədəd “Şahid” PUAsı vuruldu

Rusiyaya məxsus 4 ədəd “Şahid” PUAsı vuruldu

DÜNYA

363

21.05.2023, 13:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna Hərbi Hava Qüvvələri ötən gecə Rusiyaya məxsus 4 ədəd “Şahid” PUA-larının vurulduğunu açıqlayıb.

Oxu24.com xəbər verir ki, bu barədə HHQ teleqramda məlumat yayıb.

Bildirilib ki, mayın 20-də axşam saatlarında “Vostok” hava komandanlığının məsuliyyət zonasında şərq istiqamətində düşmənin dörd hücum PUA-sı “Şahid-136/131” məhv edilib.

Dronlar saat 21:00-00:00 arasında zərərsizləşdirildiyi vurğulanıb.

Qeyd edək ki, “Şahid” kamikadze dronları İran istehsalıdır. Bu silahdan Rusiyanın Ukraynaya hərbi təcavüzündə “Geran” adı ilə geniş istifadə olunur. Bununla belə, Tehran hökuməti bu dronların Rusiyaya tədarükünü təkzib etməkdə israrlıdır.

 

Miri Məcidli