Rusiyanın elm və ali təhsil nazirinin müavini Pyotr Kuçerenko Kuba adasından evə qayıdarkən yolda dünyasını dəyişib.
Oxu24.com xəbər verir ki, bu haqda Rusiyanın Elm və Ali Təhsil Nazirliyi açıqlama yayıb.
“Şənbə günü, mayın 20-də dövlət katibi Rusiya nümayəndə heyətinin tərkibində işgüzar səfərdən qayıdırdı. Onun təyyarədə halı pisləşib. Təyyarə “Mineralnıye Vodı”da məcburi eniş edib. Orada həkimlər Kuçerenkoya kömək etməyə çalışsalar da, onu xilas edə bilməyiblər. Nazir müavininin 46 yaşı var idi”, - nazirliyin məlumatında qeyd olunub.
Qeyd edək ki, Kuçerenko müğənni Diana Qurtskayanın əri olub.
Miri Məcidli
ŞƏRHLƏR