Qaynar xətt:

(+99450) 247 90 86

Yarış maşınlarına hücum edildi: 10 sürücü öldürüldü

Yarış maşınlarına hücum edildi: 10 sürücü öldürüldü

DÜNYA

299

21.05.2023, 08:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Meksikanın San-Visente şəhərində keçirilən “Cachanillazo” avtomobil yarışı zamanı naməlum şəxslər tərəfindən açılan atəş nəticəsində ən azı on yarış sürücüsü həlak olub, doqquz nəfər yaralanıb.

Oxu24.com  xəbər verir ki, bu barədə Meksikanın baş prokurorunun bəyanatına istinadən “Fox8” telekanalı məlumat yayıb.

Bir neçə silahlı şəxs içərisində sürücülərin əyləşdiyi yarış avtomobillərinə atış açıblar. Məlumatda öldürülənlərin kimliyi və vətəndaşlığı açıqlanmayıb.

Faciə yerli sakinlər və ölkənin hər yerindən gələn sürücülər arasında qəzəbə səbəb olub. Meksika hakimiyyəti artıq hadisə ilə bağlı araşdırmalara başlayıb və günahkarların tapılaraq cəzalandırılacağına söz verib.

 

Miri Məcidli