Qaynar xətt:

(+99450) 247 90 86

Avropa Rusiyaya görə 90-dan çox şirkəti “qara siyahı”ya salacaq

Avropa Rusiyaya görə 90-dan çox şirkəti “qara siyahı”ya salacaq

DÜNYA

313

20.05.2023, 21:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların 11-ci paketinə Moskvaya qarşı məhdudiyyətlərdən yayınmaqda kömək edən dünya üzrə 90-dan çox şirkəti daxil edəcək”.

Oxu24.com  xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen “ZDF” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, həmin şirkətlərin səkkizi Çində qeydiyyatdan keçib.

“Biz sanksiyalardan yayınmanın dayandırılmasına ciddi yanaşırıq. Dünya üzrə 90-dan çox şirkətin sanksiyaları pozduqlarına, yəni sanksiyalara məruz qalan malları üçüncü ölkələr vasitəsilə birbaşa Avropa İttifaqından Rusiyaya çatdırdıqlarına dair sübutlarımız var. Onlar Rusiyaya qarşı sanksiyaların 11-ci paketinə daxil ediləcək”.

 

Miri Məcidli