Qaynar xətt:

(+99450) 247 90 86

Volodimir Zelenski Emmanuel Makronla görüşüb

Volodimir Zelenski Emmanuel Makronla görüşüb

DÜNYA

274

20.05.2023, 19:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiyanın Hirosima şəhərində “Böyük yeddilik” (“G7”) ölkələrinin sammiti çərçivəsində Fransanın dövlət başçısı Emmanuel Makronla görüşüb.

Oxu24.com  xəbər verir ki, bu barədə V.Zelenskinin Mətbuat xidmətindən bildirilib.

O, Kiyevə hərbi yardıma görə fransalı həmkarına təşəkkür edib.

Qeyd edək ki, V.Zelenski “Böyük yeddilik” ölkələrinin sammitinə qatılmaq üçün Yaponiyada səfərdədir.

Xatırladaq ki, “G7” Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ-ı birləşdirən qeyri-rəsmi beynəlxalq klubdur.

 

Miri Məcidli