Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89422
az

İranda etiraz aksiyalarında iştirak etmiş 3 nəfər edam olunub

10:4219 May, 2023
142
DÜNYA
  • A
Bu gün səhər saatlarında İranın İsfahan şəhərində “Xane-i-İsfahan” həbsxanasında Saleh Mirhaşimi, Məcid Kazemi və Səid Yəqubi barəsində çıxarılan ölüm hökmü icra olunub. Oxu24.com xəbər verir ki, bu barədə məlumatı “Fars” agentliyi yayıb. Qeyd edilib ki, onlar 2022-ci ilin noyabrın 25-də İsfahanda Məhhəle-Xane meydanın təhlükəsizlik qüvvələrinin 3 əməkdaşına silahlı hücum edərək, onları qətlə yetirməkdə təqsirli biliniblər. Xatırladaq ki, son bir neçə gündə İsfahan şəhərinin mərkəzi həbsxanası qarşısında edam olunan 3 nəfər barəsində çıxarılan ölüm hökmünə etiraz aksiyası keçirilib. Həbsxana qarşısına toplaşan insanlar hökumət əleyhinə şüarlar səsləndiriblər. Qeyd edək ki, Tehran rejiminin hərbi-polis qüvvələrinin etirazçılara qarşı odlu silahlardan atəş açdığına dair məlumat yayılmışdı. Narazılara qarşı gözyaşardıcı qazdan istifadə olunduğu da bildirilirdi. Həbsxana qarşısında aksiya artıq edam edilmiş Məcid Kaziminin saxta etiraflara məcbur olunmasından sonra başlayıb. Məlumata görə, ona etiraz almaq üçün işgəncə verilib. Xatırladaq ki, edam edilmiş Saleh Mirhaşimi, Məcid Kazemi və Səid Yəqubi ötən il sentyabrın 17-də başlayan etiraz aksiyalarının fəal iştirakçıları olub. Müşahidəçilərin sözlərinə görə, hakimiyyət onları edam etməklə etiraz aksiyası keçirənləri çəkindirməyə çalışır. Miri Məcidli Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna ilə Rusiya arasındakı müharibə bu il bitə bilər
Qurani-Kərimi ayaqlayıb videoya çəkdi- Saxlanıldı
Antalyada zəlzələ oldu

Sağlamlığınıza belə nəzarət      edə      biləcəksiz

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
3 nəfər belə öldü - DƏHŞƏTLİ VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qaxda azyaşlı qızı yük    maşını      vurdu