Qaynar xətt:

(+99450) 247 90 86

Paşinyan Azərbaycan və Rusiya liderləri ilə görüşəcəyi tarixi açıqlayıb

Paşinyan Azərbaycan və Rusiya liderləri ilə görüşəcəyi tarixi açıqlayıb

DÜNYA

379

18.05.2023, 18:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan tərəfinin Moskvada Rusiya və Azərbaycan liderlərinin iştirakı ilə üçtərəfli görüş keçirməyə razılaşdığını açıqlayıb.

Oxu24.com “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, bu barədə o, hökumətin iclasında bildirib.

Paşinyan müvafiq təklifin Rusiya tərəfdən edildiyini və Ermənistanın bunu qəbul etdiyini vurğulayıb.

“Görüşün mayın 25-də keçirilməsi planlaşdırılır”, - o söyləyib.

Mayın 19-da Moskvada xarici işlər nazirləri səviyyəsində üçtərəfli danışıqların keçirilməsi planlaşdırılır.

 

Miri Məcidli