Qaynar xətt:

(+99450) 247 90 86

Krımda dəmiryolunda partlayış olub, taxıl dolu 5 vaqon relsdən çıxıb

Krımda dəmiryolunda partlayış olub, taxıl dolu 5 vaqon relsdən çıxıb

DÜNYA

291

18.05.2023, 10:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın ilhaq etdiyi Krımın Simferopol şəhərində dəmir yolunda törədilən partlayış nəticəsində taxıl dolu 5 vaqon relsdən çıxıb.

Oxu24.com  xəbər verir ki, məlumatı “Mash” yayıb.

Bildirilib ki, hadisə yerli vaxtla səhər saat 8.20-də Simferopolun Baxçasaray rayonunda baş verib. İtki və xəsarət alanlar barədə məlumat yayılmayıb.

Qeyd edək ki, Rusiya 2014-cü ildə Krımı işğal etdikdən sonra onu ilhaq və öz ərazisi elan edib.

 

Miri Məcidli