İsraildən təcili açıqlama gəldi
30 Sentyabr 2026, 22:16
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
322
18.05.2023, 09:28
ABŞ İsrailə İranın hərəkətlərinə cavab vermək üçün birgə hərbi planlar barədə təklif göndərib.
Oxu24.com xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Məlumata görə, bu, ABŞ və İsrail arasında hərbi əməkdaşlığın əhəmiyyətli inkişafına səbəb olacaq görünməmiş təklifdir. Bu fikirlər ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milley və ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Maykl Kurillanın İsrailə son səfərləri zamanı Tel-Əvivin diqqətinə çatdırılıb.
Bununla belə, burada söhbət İrana qarşı hər hansı zərbənin planlaşdırılmasından getmir.
Tərəflər İranla bağlı müxtəlif fövqəladə hallar zamanı planlar mübadiləsi aparacaq və Tehranın regiondakı fəaliyyəti ilə bağlı yaranan müxtəlif vəziyyətlərdə necə davranmağı müzakirə edəcəklər.
Portal qeyd edir ki, iki həftə əvvəl ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Vaşinqtonun Yaxın Şərq Siyasəti İnstitutunda çıxışı zamanı İsraili narahatlığa əsas olmadığına inandırmağa çalışıb.
"Biz açıq şəkildə bildirdik ki, İranın nüvə silahına malik olmasına heç vaxt icazə verilməyəcək. ABŞ Prezidenti Cozef Baydenin dəfələrlə dediyi kimi, o, bu məqsədə çatmaq üçün lazımi tədbirləri görəcək, o cümlədən İsrailin fəaliyyət azadlığını tanıyacaq", - Sallivan bildirib.
Miri Məcidli
22:17 / 30 Sentyabr 2026
1
22:16 / 30 Sentyabr 2026
7
21:40 / 30 Sentyabr 2026
45
21:12 / 30 Sentyabr 2026
386
21:10 / 30 Sentyabr 2026
51
20:44 / 30 Sentyabr 2026
58
20:38 / 30 Sentyabr 2026
141
20:33 / 30 Sentyabr 2026
62
20:10 / 30 Sentyabr 2026
96
20:10 / 30 Sentyabr 2026
76
19:50 / 30 Sentyabr 2026
72
19:35 / 30 Sentyabr 2026
315
19:26 / 30 Sentyabr 2026
178
19:26 / 30 Sentyabr 2026
77
19:23 / 30 Sentyabr 2026
66
19:21 / 30 Sentyabr 2026
76
19:15 / 30 Sentyabr 2026
67
19:12 / 30 Sentyabr 2026
81
19:01 / 30 Sentyabr 2026
84
18:53 / 30 Sentyabr 2026
110
18:45 / 30 Sentyabr 2026
97
18:29 / 30 Sentyabr 2026
79
18:14 / 30 Sentyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.