Qaynar xətt:

(+99450) 247 90 86

CHP zəlzələ bölgəsində biabırçılıq edir - Ərdoğan

CHP zəlzələ bölgəsində biabırçılıq edir - Ərdoğan

DÜNYA

549

17.05.2023, 20:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin baş qərargahından millət vəkilləri və bələdiyyə sədrlərinə videomüraciət ünvanlayıb.

Oxu24.com  xəbər verir ki, Ərdoğan çıxışı zamanı müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) olan bələdiyyə sədrlərini sərt tənqid edib.

 

“CHP bələdiyyələri və müttəfiq QHT-lər zəlzələ bölgəsinə yardımların kəsilməsindən tutmuş, zəlzələ qurbanlarının otellərdən atılmasına qədər hər cür biabırçılıq nümayiş etdirir.

Biz bu məsələni (28 may seçkiləri nəzərdə tutulur-red) başa çatdırana kimi zərrə qədər arxayınlıq və boşluq yaratmadan eyni əzmlə işləməyə davam edəcəyik",- AKP lideri deyib.

 

Miri Məcidli