Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89308
az

Almaniya səfiri Türkiyə XİN-ə çağırıldı

17:3717 May, 2023
264
DÜNYA
  • A
Türkiyə Xarici İşlər Nazirliyi Almaniyanın Ankaradakı səfiri Yurgen Şultsu Frankfurt-Maynda türk jurnalistlərin saxlanılması ilə əlaqədar çağırıb. Oxu24.com TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin çərşənbə günü yaydığı bəyanatda deyilir. “Bu gün, mayın 17-də “Sabah” qəzetinin Frankfurt bürosunun nümayəndələrinin Almaniya polisi tərəfindən heç bir əsas olmadan tutulması türk mətbuatını təqib etmək və qorxutmaq aktıdır. Biz bu çirkin əməli qətiyyətlə pisləyirik. Sərt reaksiyamız Almaniyanın Ankaradakı səfirinin diqqətinə çatdırılıb və bu gün nazirliyə çağırılıb”, - bəyanatda deyilir. Qeyd edək ki, bu gün “Sabah” qəzetinin Almaniya təmsilçisi İsmail Erel və “Sabah Avrupa” qəzetinin redaktoru Cemil Albay FETÖ-çü Cevheri Güvenin şikayəti əsasında Almaniya polisi tərəfindən saxlanılıb. Miri Məcidli Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Skadovska raket hücumu nəticəsində yaralıların  sayı 12-yə yüksəlib
Rusiyaya hücum olub: Ölən var
Radikal qruplaşmanın komandiri öldürüldü

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub