Qaynar xətt:

(+99450) 247 90 86

“Taliban” hökumətinin Baş naziri istefa verib

“Taliban” hökumətinin Baş naziri istefa verib

DÜNYA

418

17.05.2023, 17:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Əfqanıstandakı “Taliban” hökumətinin Baş naziri Məhəmməd Həsən Axund səhhəti ilə əlaqədar istefa verib.
Oxu24.com “Al Jazeera”yə isitinadən bildirir ki, bu barədə “Taliban” qruplaşması məlumat yayıb. Abdul Kəbir müvəqqəti hökumət başçısı təyin edilib. Bundan əvvəl o, Baş nazirin müavini işləyib.
Qeyd edək ki, Molla Məhəmməd Həsən Axund 2021-ci il sentyabrın 7-dən Əfqanıstan Baş nazirinin səlahiyyətlərini icra edirdi. O, Qəndəhar əyalətinin Pəncva mahalının Paşmul şəhərində anadan olub. Molla Məhəmməd Həsən Axund “Taliban”ın qurucularından və liderlərindən biridir. Əfqan mücahidlərinin səhra komandiri olub. İlk “İslam Əmirliyi” Əfqanıstanın böyük hissəsini faktiki olaraq nəzarətdə saxladığı zaman, 1997-1999-cu illərdə Məhəmməd Həsən Axund “Taliban”ın nəzarətində olan ərazidə xarici işlər naziri və Baş nazirin müavini vəzifələrində çalışıb. O, həm də Qəndəhar şəhərinin qubernatoru olub. 2001-ci ilin yanvarından BMT M.H.Axunda sanksiya tətbiq edib. O, “Taliban”ın 2011-ci ildə ölən lideri Molla Məhəmməd Ömərin siyasi məsələlər üzrə müşaviri işləyib. Miri Məcidli