Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89206
az

İranda nazirlərin deputatlara rüşvət verdiyini iddia edən şəxsə cinayət işi açılıb

12:5216 May, 2023
104
DÜNYA
  • A

İranda nazirlərin deputatlara rüşvət verdiyini iddia etmiş millət vəkili Əhməd Əlirzabeygi barəsində ittiham irəli sürülüb.

Oxu24.com “Mehr” xəbər agentliyinə istinadən xəbər verir ki, məlumatı İranın Ədliyyə Nazirliyi yayıb.

Bildirilib ki, Güney Azərbaycanın Təbriz, Üskü və Tufarqan şəhərlərini İran parlamentində təmsil edən Əhməd Əlirzabeygi “əsassız iddialar”da ittiham edilir.

İran parlamenti İntizam komissiyasının prokurorluğa təqdim etdiyi hesabatına görə, Əhməd Əlirzabeyginin qaldırdığı iddia ilə bağlı heç bir sənəd, sübut olmadığı müəyyənləşib.

Buna əsasən, deputat Tehran prokurorluğuna çağırılıb, işi isə yoxlanılmaq və araşdırılmaq üçün istintaq idarəsinə təqdim olunub. Son araşdırmalara əsasən, Əhməd Əlirzabegiyə qarşı cinayət işi açılıb.

Qeyd edək ki, Əhməd Əlirzabeygi bir müddət əvvəl nazirlər parlamentin etimadsızlıq göstərməməsi üçün deputatlara rüşvət olaraq bahalı hədiyyə və avtomobillər verdiyini bildirmişdi. O iddia etmişdi ki, İranın sənaye, mədən və ticarət naziri Seyid Rza Fatimi Əmin etimadsızlıq göstərilməməsi üçün deputatlara 75 ədəd bahalı avtomobil təqdim edib. Əhməd Əlirzabeygi bu məsələlərlə bağlı parlament üzvlərinə başqa güzəştlər də edildiyini də demişdi. Deputat parlamentin rəyasət heyətindən bu imtiyazlar və hədiyyələrin səbəblərini araşdırmasını tələb edib. O, nazirin istefasının ictimai tələb olduğunu da qeyd etmişdi. Yeri gəlmişkən avtomobil rüşvəti ilə bağlı qalmaqaldan sonra nazir vəzifəsindən azad olunan Rza Fatimi Əminə İran Prezidenti İbrahim Rəisi yeni vəzifə verərək, istehsal planlarının icrasına nəzarət üzrə prezidentin müşaviri təyin edib.

Xatırladaq ki, Əhməd Əlirzabeygi İran parlamentində saxtakarlıqlar və sosial problemlərlə bağlı çıxış edən azsaylı deputatlardandır. Bir müddət əvvəl o, Bildirmişdi ki, Təbrizin ətrafını ayırıb rayona, şəhərə çevirmək təklif olunanda bununla hökumət və parlamentdəkilər tez razılaşırlar: “Bu bizə, təbrizlilərə xidmət göstərmək üçün edilmir. Bu addım Təbrizin inkişafına mane olmaq, onun ərazisini daha kiçiltmək üçün atılır”.

Qeyd edək ki, Tehran rejimi Azərbaycan ərazisini kiçiltmək, şəhərləri balacalaşdırmaq kimi pəhləvilərdən qalma ənənəni davam etdirir. İndiyədək Güney Azərbaycan ərazilərindən kəsərək yeni əyalətlər yaradıblar. İran hakimiyyəti uzun illərdir Güney Azərbaycanın Təbriz şəhərinin ərazisini kiçiltməyə çalışır. O, Urmiya gölünün qurumasının qarşısını almaq üçün lazımi məbləğdə maliyyə vəsaitinin ayırlmadığını da çıxışlarında vurğulayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mask mümkün üçüncü dünya müharibəsinin risklərindən danışdı
Rusiyada ZƏLZƏLƏ -Qafqaz dağları böyüyür
Rusiyada insanlara atəş açan erməni biznesmenKİMDİR?

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi