Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89172
az

Gürcüstanda Rusiya vətəndaşlarının ev alması qadağan edilə bilər

22:2315 May, 2023
273
DÜNYA
  • A
Gürcüstan parlamentində Rusiya vətəndaşlarının daşınmaz əmlak almaq hüququnu məhdudlaşdıran qanun layihəsi təşəbbüsü irəli sürülüb. Oxu24.com xəbər verir ki, layihə Gürcüstanda yaşayış icazəsi olmayan Rusiya vətəndaşlarının 31 dekabr 2024-cü ilədək daşınmaz əmlak almaq, hədiyyə kimi əldə etmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutulur. Müxalif deputatlar Roman Qoçiridze və Xatia Dekonaidze tərəfindən hazırlanmış qanun layihəsinin nəzərdə tutduğu məhdudiyyətin daşınmaz əmlakı miras şəklinə əldə edən şəxslərə aid edilməyəcəyi bildirilib. Qanun layihəsinin müəllifləri məqsədin Gürcüstan vətəndaşlarını qiymət artımından qorumaq, həmçinin təhlükəsizlik problemləri ilə əlaqəli olduğunu bildiriblər. Deputatlar Gürcüstana təxminən 120 min Rusiya vətəndaşının daxil olduğunu və onların intensiv şəkildə daşınmaz əmlak aldığını bildiriblər. Qeyd olunub ki, 2022-ci ildə təxminən hər beş mənzildən biri xarici vətəndaşlara satılıb. Ötən il 4 520 Rusiya vətəndaşı tərəfindən 6 062 mənzil alınıb və analoji trend bu ilin birinci rübündə də müşahidə edilib. Əlavə olunub ki, Rusiya vətəndaşları tərəfindən mənzillərin bu cür intensiv şəkildə alınması mənzil bazarında nəzərəçarpan qiymət artımına səbəb olub, bu səbəbdən Gürcüstan vətəndaşlarının ev alması və kirayələməsi çətinləşib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna Avropada IQ reytinqində sonuncu yerdədir
Almaniya Rusiyadan qaz almağa davam edir
Hələbdə kütləvi məzarlıq tapılıb

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Paytaxtda DƏHŞƏT -Hamilə sevgilisini qarnından güllələdi, özü isə...