Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89152
az

Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək

16:5915 May, 2023
143
  • A
Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək. Oxu24.com xəbər verir ki, bunu ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener söyləyib. O bildirib ki, ikinci tur mayın 28-də olacaq. A.Yenerin sözlərinə görə, prezident seçkiləri ilə bağlı səslərin 100 faizi hesablanıb. Komissiya sədri deyib ki, “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 49,51% səs toplayıb. MSK sədri söyləyib ki, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu 44,85%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17% səs qazanıb. Seçkidən əvvəl namizədliyini geri götürən Məmləkət Partiyasının sədri Məhərrəm İncəyə isə seçicilərin 0,44%-i səs verib. “Bununla da prezidentliyə namizədlərdən heç biri ilk turda qalib gələ bilməyib. İkinci turun xalqımız üçün xeyirli olmasını arzulayıram. Ölkəmizdə prezident seçkilərinin ikinci turu ilk dəfə keçiriləcək”, - A.Yener vurğulayıb. O, həmçinin səsvermə prosesinin təhlükəsizliyini təmin edən təhlükəsizlik qüvvələrinə təşəkkür edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mask açıq şəkildə Trampın müttəfiqinə qarşı çıxış edib
Girovlar dəyişdirilir
ABŞ Trampa miqrantlarla bağlı verdiyi vədi xatırladıb

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Paytaxtda DƏHŞƏT -Hamilə sevgilisini qarnından güllələdi, özü isə...