Qaynar xətt:

(+99450) 247 90 86

İmran Xanı 10 il müddətinə həbs etmək planı var

İmran Xanı 10 il müddətinə həbs etmək planı var

DÜNYA

264

15.05.2023, 13:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Pakistan hakimiyyəti Pakistanın keçmiş baş naziri İmran Xanı vətənə xəyanət ittihamı ilə 10 il müddətinə həbs etməyi planlaşdırır.

Oxu24.com xəbər  verir  ki, bu barədə Xan öz Twitter hesabında yazıb.

“İndi planları  Buşra Begumu (red- İmran Xanın həyat yoldaşı) həbsxanaya salmaqla məni alçaltmaq və hansısa fitnə qanunundan istifadə edərək məni on il həbsə göndərməkdir”,-  deyə Xan yazıb.

Xatırladaq ki, mayın 11-də Ali Məhkəmə İmran Xanın həbsini qanunsuz hesab edib və İslamabadın Ali Məhkəməsi siyasətçiyə mayın 9-dan sonra ona qarşı irəli sürülən ittihamlarla həbsdən müdafiə verib.

 

Miri Məcidli