Qaynar xətt:

(+99450) 247 90 86

Bu məntəqədə Kılıçdaroğlu Ərdoğanı üstələdi

Bu məntəqədə Kılıçdaroğlu Ərdoğanı üstələdi

DÜNYA

415

14.05.2023, 20:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Nəticələr Kılıçdaroğlunun səs verdiyi qutuda açıqlanıb

 

Oxu24.com TRT Haber-ə istinadən xəbər  verir  ki,Millət Alyansının prezidentliyə namizədi olaraq CHP sədri Kamal Kılıçdaroğlunun səs verdiyi qutuda ən çox səs toplayıb.

Argentina İbtidai məktəbində CHP sədri Kamal Kılıçdaroğlunun səs verdiyi 4221 saylı seçki qutusunda Prezident seçkilərində istifadə edilən 331 səsdən 6-sı etibarsız sayılıb.

Siyahıyaalma nəticələrinə görə, Kılıçdaroğlu 229 səslə birinci olub.

Prezidentliyə namizədlər arasında Rəcəb Tayyib Ərdoğan 90, Kamal Kılıçdaroğlu 229, Sinan Oğan isə 6 səs toplayıb. Prezidentliyə namizədliyini geri götürən Məhərrəm İncə heç bir səs ala bilməyib.

 

Tərcümə: Miri Məcidli