Qaynar xətt:

(+99450) 247 90 86

İstanbulda səs verən prezident Ərdoğan Ankaraya gəlib

İstanbulda səs verən prezident Ərdoğan Ankaraya gəlib

DÜNYA

252

14.05.2023, 17:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan İstanbulda Üsküdar Kısıklıdakı iqamətgahından ayrılaraq prezident və parlament seçkilərində səs vermək üçün saat 11.40-da Saffet Çebi orta məktəbinə gedib.

Oxu24.com  TRT Haber-ə istinadən bildirir ki, seçkilərdə səs verdikdən sonra Ərdoğan İstanbuldan Ankaraya gəlib.

Ərdoğan Esenboğa hava limanından Prezident Kompleksinə keçib. Onun seçkiləri Ankaradan izləyəcəyi gözlənilir.

Qeyd edək ki, bir qədər əvvəl Prezidentin seçkilərin nəticəsini İstanbuldan izləyəcəyi bildirilmişdi.

 

Miri Məcidli