Qaynar xətt:

(+99450) 247 90 86

Almaniya Ukraynaya 3 milyard avro dəyərində tank və pilotsuz təyyarələr təhvil verib

Almaniya Ukraynaya 3 milyard avro dəyərində tank və pilotsuz təyyarələr təhvil verib

DÜNYA

280

13.05.2023, 23:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Almaniya Ukraynaya 2,7 milyard avro dəyərində hərbi texnikanın böyük partiyası göndərəcək.

Bu, mayın 14-də Ukrayna prezidenti Vladimir Zelenskinin Aaxendə Böyük Karl mükafatı ilə təltif edilməsi ilə eyni vaxtda açıqlana bilər.

Oxu24.com  xəbər  verir   ki, bu  barədə  Der Spiegel mənbələrə istinadən  açıqlama yayıb.

Nəşrin məlumatına görə, Ukrayna ordusu 30 Leopard 1 tankı, 20 Marder piyada döyüş maşını, 200 kəşfiyyat pilotsuz təyyarəsi, İRİS-T hava hücumundan müdafiə sistemləri, mərmilər və logistikanın işləməsi üçün maşınlar alacaq.

“Bild” xəbər verir ki, Zelenski Ukrayna ordusunun hücumu səbəbindən Almaniyaya gələ bilməyəcək və bu halda o, mərasimdə videobağlantı vasitəsilə çıxış edəcək.

Böyük Karl Mükafatı Avropanın birləşməsindəki səylərə görə verilir və Almaniyanın qərbindəki Axendə keçirilir.

 

Nigar