Qaynar xətt:

(+99450) 247 90 86

Baxmutdan son FOTOLAR

Baxmutdan son FOTOLAR

DÜNYA

319

13.05.2023, 23:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna hərbçiləri Baxmutun indi ki halı ilə bağlı  görüntülər paylaşıb.

Oxu24.com Ukrayna mediasına istinadən xəbər  verir  ki, onların fikrincə, ruslar Baxmutu böyük xarabalığa çeviriblər.

“Baxmut bu saniyələrdə belə görünür. Duman olduğunu düşünə bilərsiniz. Amma yox. Bu, düşmənin müdafiə sistemimizi yarmaq üçün çıxılmaz cəhdləri zamanı istifadə etdiyi yanğınlardan və tüstü mərmilərindən yaranan tüstüdür”, -  deyə  Ukrayna hərbçiləri bildirib.

Ukrayna Silahlı Qüvvələrinin şərq qoşun qrupunun spikeri Sergey Çerevatinin sözlərinə görə, Ukrayna hərbçiləri Baxmut istiqamətində 2 km-ə qədər irəliləyib. Ukrayna ordusunun bu istiqamətdə irəliləməsi kənar müşahidəçilər - Britaniya kəşfiyyatı və Amerika Müharibəsi Araşdırma İnstitutu tərəfindən də qeydə alınır.

 

 

Miri Məcidli