Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya MN: Ukrayna Britaniyanın “Storm Shadow”  raketi ilə Luqanska zərbə endirib

Rusiya MN: Ukrayna Britaniyanın “Storm Shadow”  raketi ilə Luqanska zərbə endirib

DÜNYA

350

13.05.2023, 20:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ukrayna mayın 12-də Britaniyanın Kiyevə verdiyi “Storm Shadow” aviasiya raketlərindən istifadə edib.
Oxu24.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Ukrayna Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri Luqansk vilayətinə raket zərbəsi endiriblər, bu zaman onlar Böyük Britaniya tərəfindən Kiyev rejiminə verilən “Storm Shadow” aviasiya raketlərindən istifadə ediblər.
Zərbə nəticəsində Luqanskın qida və kimya müəssisələrinin ərazisində yanğın başlayıb. Yaxınlıqdakı yaşayış binaları dağılıb. Dinc sakinlər, o cümlədən 6 uşaq yaralanıb. Luqanska raket hücumu həyata keçirən Su-24 təyyarəsi və onu əhatə edən Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcısı vurulub. Aynurə Məcidova