Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğanın Azərbaycanda səs faizi açıqlandı – Sorğu

Ərdoğanın Azərbaycanda səs faizi açıqlandı – Sorğu

DÜNYA

893

13.05.2023, 20:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyədə 14 may tarixində keçiriləcək prezident seçkiləri Azərbaycanda da həssaslıqla izlənilir.

Oxu24.com qardaş ölkədə prezidentliyə namizədlərin azərbaycanlılar arasında reytinqini müəyyənləşdirmək üçün sorğu keçirib.

Sorğu onlayn platform üzərindən 25 aprel-12 may tarixlərində aparılıb. Sorğuda ümumilikdə 4440 şəxs iştirak edib.

Sorğu iştirakçılarının 89%-i (3951 səs) qardaş ölkədəki seçkilərdə hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın qalib olmasını arzuladığını bildirib.

İkinci yerdə 5,3% ilə (235 səs) “Altılı masa”nın prezidentliyə vahid namizədi Kamal Kılıçdaroğlu qərarlaşıb.

Məmləkət Partiyasının sədri Məhərrəm İncə 2,9% (129), ATA ittifaqının namizədi Sinan Oğan isə 2,8% (125 səs) toplayıb.

Qeyd edək ki, Məmləkət Partiyasının sədri Məhərrəm İncə ötən gün namizədliyini geri götürüb.

Nigar