Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88954
az

Türkmənistanda tapılan “Cəhənnəm qapısı” - İçindən görün nə çıxdı

17:0913 May, 2023
127
DÜNYA
  • A
1971-ci ildə Türkmənistanda geoloqların yol verdiyi səhv insanlara və təbiətə ağır zərbələr vurub.
OXU24.COM  xəbər verir ki, insanların "Cəhənnəm qapısı", "Tanrıya gedən yol" adı verdikləri bu kraterin rəsmi adı "Qaraqum parıltısı"dır. Krater Daşoğuz vilayətində, Erbend aulundan 90 kiıometr məsafədə yerləşir. Onun diametri 60, dərinliyi 20 metrdir.
 
Krater 1971-ci ildə sovet geoloqları tərəfindən "yaradılıb". Kəşfiyyat quyuları qazan geoloqlar özləri də bilmədən qazla dolu böyük bir kraterin açılmasına səbəb olublar və o gündən sonra 52 il ərzində burdakı əbədi məşəl sönməyib.
 
Əslində zəhərli qazların əhaliyə və heyvanlara zərər verməməsi üçün krateri geoloqlar odlayıblar
 
2004-cü ildə ölkə prezidenti quyunun ağzının bağladılmasını əmr edib. O hesab edirdi ki, bu odlu krater yaxınlıqdakı qaz yataqlarının işlədilməsinə mane olur. Lakin sonralar bu fikir dəyişdirilib, kraterin ətrafındakı yaşayış məntəqələri köçürülüb və ərazi qoruq elan olunub.
 
2013-cü ildə bu əraziyə araşdırmaya gələn kanadalı alim kraterin dibindən çıxarılmış nümunələrdə yansa da, məhv olmayan qəribə bakteriyalar tapıb. Bu bakteriyalara yer üzündə başqa heç yerdə rast gəlinməyib. İnsanlar bu bakteriyaların yeraltı dünyaya məxsus qeyri-adi varlıqlar olduğunu deyirdilər.
 
2022-ci ildə Türkmənistan yenidən krateri söndürmək üçün yollar aramağa başlayıb. Amma "cəhənnəm "məğlub olmaq istəmir. O öz alov dilləri ilə axirəti insanların yadına salır.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Norveçdə qatarların hərəkəti tamamilə dayandırıldı - SƏBƏB
Bu ölkə də qarışır – “Ərəb baharı” alovlanır
Bu tarixdə süni intellekt insanların yerinə keçəcək

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı