Qaynar xətt:

(+99450) 247 90 86

İspaniya polisi göyərtəsində 1,5 ton kokain olan gəmini ələ keçirib

İspaniya polisi göyərtəsində 1,5 ton kokain olan gəmini ələ keçirib

DÜNYA

218

12.05.2023, 20:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İspaniyanın hüquq-mühafizə orqanları göyərtəsində 1,5 ton kokain olan balıqçı gəmisini ələ keçiriblər.

Oxu24.com  TASS-a istinadən xəbər verir ki, bu barədə krallığın milli polisinin yaydığı press-relizdə məlumat verilib.

Məlumata görə, Braziliya bayrağı altında üzən 25 metrlik gəmi Kanar adaları yaxınlığında aşkar edilib. Polis ekipajın bütün üzvlərini – Braziliyanın 5 və Venesuelanın 1 vətəndaşını saxlayıb.

Narkotiklərin balıqçı gəmisinin mühərrik bölməsinin xüsusi düzəldilmiş hissəsində gizlədildiyi vurğulanıb.

 

Miri Məcidli