Qaynar xətt:

(+99450) 247 90 86

Moskvada təyyarə zavodu yanır

Moskvada təyyarə zavodu yanır

DÜNYA

523

12.05.2023, 10:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın paytaxtı Moskvada “MiQ” döyüş təyyarələri üçün mühərriklər istehsal edən V.V. Çernışev adına zavodda yanğın baş verib və nəticədə 3 nəfər yaralanıb.

Oxu24.com Rusiya KİV-inə istinadən bildirir ki, yanğın zavodun inzibati binasında qeydə alınıb.

Yaralılara tibbi yardım göstərilib.

Qeyd edək ki, V.V.Çernışev adına Moskva Maşınqayırma müəssisəsi 1932-ci ildə qırıcılar üçün xüsusi mühərriklər hazırlamaq məqsədi ilə yaradılıb. Hazırda zavod “Rostex” dövlət şirkətinin tərkibindədir. Bu müəssisə “MiQ-29” və “MiQ-35” döyüş təyyarələri üçün mühərriklər istehsal edir.

 

Miri Məcidli