Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88835
az

Yaponiyada zəlzələ zamanı 8 nəfər xəsarət alıb

08:5312 May, 2023
223
DÜNYA
  • A
Mayın 11-nə keçən gecə Yaponiyanın paytaxtı Tokionun şərqində baş verən 5,2 maqnitudalı zəlzələ nəticəsində azı 8 nəfər xəsarət alıb. Oxu24.com xəbər verir ki, bu barədə HNK telekanalı məlumat yayıb. Yaponiyanın Baş naziri Fumio Kişidanın dəftərxanasına zəlzələ ətrafında vəziyyətə nəzarət etmək üçün mərkəz fəaliyyətə başlayıb. Onun əsas vəzifəsi zəlzələlərin nəticələri haqqında məlumat toplamaq və təhlil etməkdir. Ötən gün ABŞ-ın Geologiya Xidməti Yaponiyada 5,2 və 5,9 maqnitudada iki zəlzələnin baş vermsi barədə məlumat yayıb. Məlumata görə, birinci zəlzələ Tiba prefekturasında 5,2 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 35 kilometr dərinlikdə yerləşib. İkinci zəlzələ Okinava prefekturasında Miyakojima adasında 5,9 maqnitudada baş verib. Zəlzələ ocağı 64 kilometr dərinlikdə yerləşib. Miri Məcidli Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkə də qarışır – “Ərəb baharı” alovlanır
Bu tarixdə süni intellekt insanların yerinə keçəcək
Lukaşenko bu dəfə o qızla RƏQS ETDİ -VİDEO

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu