Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88786
az

Qəzza zolağından İsrailə 400-dən çox raket atılıb

10:1811 May, 2023
114
DÜNYA
  • A
Qəzza zolağından İsrail ərazisinə bir sutka ərzində 400-dən çox raket atılıb. Oxu24.com TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant məlumat verib. “Bu raketlərin əksəriyyəti ya Qəzza zolağının ərazisinə düşüb, ya da açıq ərazilərdə partlayıb”, - yəhudi dövlətinin müdafiə naziri bildirib. O, bir neçə yaşayış binasına zərər dəydiyini əlavə edib. Y.Qallant hərbi əməliyyatın tezliklə başa çatacağına ümid etdiyini bildirib, lakin İsrail ordusunun hadisələrin istənilən inkişafına hazır olduğunu vurğulayıb. Xatırladaq ki, İsrail ordusu mayın 9-na keçən gecə başlayan “Qalxan və ox” əməliyyatı çərçivəsində Qəzza zolağında Fələstinin “İslami cihad” radikal qruplaşmasının 10 obyektini sıradan çıxarıb. İsrail tərəfinin məlumatına əsasən, zərbələr qırıcı təyyarələr və helikopterlərdən istifadə olunmaqla endirilib, bombalanan hədəflər arasında isə Xan Yunis şəhərindəki silah zavodu və terror fəaliyyətlərində istifadə edilən yeraltı tunellərin tikintisi üçün sement istehsal edən obyekt də olub. Nigar Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pilot təyyarəni niyə dənizə endirməyib?- AÇIQLAMA
Serbiyada etiraz       aksiyası       keçirilir
Türkiyə Hələbdə    konsulluq    açacaq

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Həmin görüntülər yayıldı: Pilotlar nə deyirmiş?
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı