Qaynar xətt:

(+99450) 247 90 86

Kanada və Latviya Ukrayna SQ-nin hərbçilərinə təliminə başlayacaq

Kanada və Latviya Ukrayna SQ-nin hərbçilərinə təliminə başlayacaq

DÜNYA

349

10.05.2023, 21:51

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kanada və Latviya hərbçiləri gələn həftədən Baltikyanı ölkə ərazisində Ukrayna Silahlı Qüvvələrinin kiçik zabitlərinin birgə təliminə başlayacaqlar.

Oxu24.com TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Kanadanın milli müdafiə naziri Anita Anand Ottavada Latviyanın müdafiə naziri İnara Murnietse ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

“Bu gün elan edə bilərəm ki, Kanada və Latviya ərazisində ukraynalı hərbçilərə - kiçik zabitlərə birgə təlim keçəcək. Təlimlər gələn həftədən başlayacaq”, - o deyib.

Təlim prosesi döyüşün aparılmasına, digər bölmələrlə qarşılıqlı əlaqəyə, kəşfiyyata və əməliyyatların planlaşdırılmasına yönəldiləcək. Təlimatçılar qrupuna kanadalı yüksək rütbəli zabit rəhbərlik edəcək.

 

Miri Məcidli