Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyə Suriya ilə müştərək komitə yaradacaq

Türkiyə Suriya ilə müştərək komitə yaradacaq

DÜNYA

274

10.05.2023, 21:23

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə Suriya ilə normallaşma prosesini ilkin şərt olmadan və xoş niyyətli şəkildə davam etməsinin tərəfdarıdır.

Oxu24.com-un  xəbərinə görə, bu barədə, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada baş tutan Türkiyə, Rusiya, Suriya və İran XİN rəhbərlərinin görüşünə dair jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, bu proseslə bağlı yol xəritəsinin hazırlanmasına dair razılıq əldə edilib və texniki görüşlərin keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, iki ölkənin xarici işlər nazirlər müavini, müdafiə nazirlikləri və kəşfiyyat xidmətlərinin iştiraki ilə müvafiq komitənin yaradılmasına da qərar verilib. Komitənin fəaliyyəti çərçivəsində ilk görüşün qısa zamanda baş tutması nəzərdə tutulur.

Çavuşoğlu, həmçinin əlavə edib ki, Suriyada terror təşkilatlarının fəaliyyətinı son qoymaq üçün sabitlik təmin edilməlidir.

 

Miri Məcidli