Qaynar xətt:

(+99450) 247 90 86

Pentaqon Rusiyanın “Kinjal” hipersəs raketinin “Patriot” vasitəsilə zərərsizləşdirildiyini təsdiqləyib

Pentaqon Rusiyanın “Kinjal” hipersəs raketinin “Patriot” vasitəsilə zərərsizləşdirildiyini təsdiqləyib

DÜNYA

233

10.05.2023, 11:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna hərbçiləri Rusiyanın “Kinjal” hipersəs raketini “Patriot” zenit-raket kompleksinin köməyi ilə vura bilib.

Oxu24.com  xəbər verir ki, bu barədə Pentaqonun spikeri general Patrik Rayder brifinqdə təsdiqləyib.

“Ukraynanın hazırlığına, inventarına və ya raketin ələ keçirilməsinə gəldikdə, mən onların “Patriot” raketdən müdafiə sistemindən istifadə edərək Rusiya raketini (“Kinjal” - red.) vurduğunu təsdiq edə bilərəm”, - Rayder Ukrayna SQ-nin Hava Qüvvələrinin müvafiq məlumatını şərh edərkən deyib.

Xatırladaq ki, mayın 5-də Ukrayna hərbçilərinin Rusiyanın “Kinjal” hipersəs raketini zərərsizləşdirməsinə dair məlumat yayılmışdı.

 

Miri Məcidli