Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya "İsgəndər" atdı

Rusiya \\\"İsgəndər\\\" atdı

DÜNYA

280

10.05.2023, 10:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya ordusu ötən gecə Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərinə “İsgəndər” zenit-raket kompleksləri ilə zərbə endirib.

Oxu24.com  “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Xarkov Hərbi-Vilayət Administrasiyasının rəhbəri Oleq Sinegubov bildirib.

Hücum nəticəsində 3 nəfər mülki şəxs yaralanıb, 5 yaşayış binasına ziyan dəyib.

Rusiya Silahlı Qüvvələri həmçinin, Ukraynanın Çuqevski və İzyum rayonlarının kəndlərinə də zərbələr endirib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

 

Miri Məcidli