Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88698
az

Britaniya “Vaqner”i terror təşkilatı kimi tanımağa hazırlaşır

10:1310 May, 2023
118
  • A
Britaniya hökuməti yaxın həftələrdə "Vaqner" özəl hərbi şirkətini terror təşkilatı kimi tanımağa hazırlaşır. Oxu24.com xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb. Bildirilib ki, Böyük Britaniya hakimiyyəti iki aydır Rusiyaya təzyiq göstərmək məqsədilə “Vaqner”i terror təşkilatları siyahısına salmaq üçün hüquqi əsaslar hazırlayır. “Vaqner”ə müvafiq statusun verilməsi Böyük Britaniyada təşkilata mənsub olmağı, onun təşkil etdiyi tədbirlərdə iştirakı, ona dəstəyi ifadə etməyi və ya onun simvollarını taxmağı cinayət sayır. Bundan əlavə, silahlı qrupa qarşı maliyyə sanksiyaları tətbiq oluna bilər. Təşkilat üzvlərinə Britaniya məhkəmələrində jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı iddialar irəli sürmək qadağan edilə bilər. Miri Məcidli Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkə də qarışır – “Ərəb baharı” alovlanır
Bu tarixdə süni intellekt insanların yerinə keçəcək
Lukaşenko bu dəfə o qızla RƏQS ETDİ -VİDEO

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu