İsraildən təcili açıqlama gəldi
30 Sentyabr 2026, 22:16
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
373
09.05.2023, 17:20
Yaxın gələcəkdə Yunanıstan, İtaliya, Fransa, Macarıstan və İsveç Avropa İttifaqından (Aİ) çıxa bilər.
Oxu24.com-un məlumatına görə, bu barədə Böyük Britaniyanın “Daily Mail” nəşri yazıb.
Qeyd olunub ki, ittifaqda “qeyri-müəyyən” gələcək, məsələn, Yunanıstanı gözləyir.
Yunanıstan və onun Aİ tərəfdaşları arasında əsas gərginlik mənbəyi ölkədə 2009-cu ildə başlayan borc böhranı ilə bağlı olub. O vaxt Brüssel maliyyə yardımının göstərilməsi şərtlərini irəli sürüb və Yunanıstandan sərt qənaət tədbirləri tətbiq etməyi tələb edib. Afina bunu Yunanıstanı alçaltmaq cəhdi hesab edib.
Eyni zamanda bildirilib ki, bu gün Yunanıstanda avroskeptisizm digər Avropa ölkələrindən daha populyardır. Bu ilin fevralında “Eurobarometer”in keçirdiyi sorğunun nəticələrinə görə, yunanların 53%-i Aİ-nin gələcəyi ilə bağlı bədbin olduğunu, 60%-i isə Brüsselə etimad göstərmədiyini deyib.
Nəşr İtaliyanı da Aİ-nin fəaliyyətindən məyus olan ölkələr arasında göstərir. Məqalədə deyilib ki, son bir neçə ildə baş verən hadisələr İtaliya vətəndaşlarını Aİ-ni əvvəlkindən daha çox sorğulamağa vadar edib. Ölkə COVID-19 pandemiyasından ağır zərbə alıb və yardımın göstərilməsindəki ləngliyə və səmərəsizliyə görə Aİ-ni fəal şəkildə tənqid edib.
“Eurobarometer”in sorğusu göstərib ki, italyanların yalnız 50%-i Aİ-yə güvənir. Bir çoxları isə Baş nazir Corc Meloninin Brüsselin ölkəsinin daxili işlərinə nəzarəti necə zəiflətməsini düşündüyündən və bu məqsədlə sadəcə “vaxt apardığından” şübhələnirlər.
Nəşr qeyd edib ki, Aİ ilə Fransanın münasibətləri də gərgindir. Blokun yaradıcılarından biri olan bu ölkə uzun illərdir Aİ-nin ən qızğın tənqidçisi kimi çıxış edir. Vurğulanıb ki, çox sayda fransız ölkənin öz suverenliyini Brüsselin xeyrinə itirdiyindən və Milli Assambleya Partiyasının lideri Marin Le Penin məhz bu səbəbdən Fransada getdikcə daha çox populyarlıq qazandığından əmindir.
“Eurobarometer”in sorğusunun nəticələrinə görə, Fransa vətəndaşlarının 57%-i Aİ-yə inanmır, 50%-i isə blokun gələcəyinə şübhə ilə yanaşır.
Britaniya qəzeti “etibarsızlar” siyahısına İsveçin də adını daxil edib. Amma vurğulanıb ki, bu ölkənin yaxın gələcəkdə blokdan çıxması ehtimalı azdır. Bununla belə, qəzet İsveçin ikinci ən böyük partiyası olan İsveç Demokratlar Partiyasının lideri Yimmi Okessonun ötən həftə ölkənin Aİ-yə üzvlüyünün zəruriliyini yenidən nəzərdən keçirməyə və qiymətləndirməyə çağırdığını xatırladıb. O, Brüsselin ölkəsinin daxili siyasətinə həddindən artıq müdaxiləsinə qarşı çıxış edib. Partiya liderinin sözlərinə görə, Brüsselin səlahiyyətlərinin daim genişlənməsi o deməkdir ki, alman, polyak və ya fransız siyasətçilər hansı avtomobili ala biləcəyinizə, qazın nə qədər baha olmasına və sizin öz ərazinizdə hansı ağacı kəsə biləcəyinizə qərar verirlər.
Müəlliflərin fikrincə, Aİ-ni prezidenti Viktor Orbanın Rusiya Prezidenti Vladimir Putinlə yaxın əlaqələri səbəbindən son vaxtlar Avropada sıxışdırılan, bir növ blokdan “qovulan” Macarıstan da tərk edə bilər. Bundan əlavə, Orban hökuməti demokratik azadlıqları pozmaqda və öz hakimiyyətini gücləndirmək üçün dövlət vəsaitlərindən istifadə etməkdə ittiham olunur.
Budapeştlə Aİ rəhbərliyi arasında fikir ayrılıqları Macarıstanın pandemiya ilə mübarizə fondlarındakı on milyardlarla avroya çıxış imkanından məhrum edilməsinə səbəb olub. Eyni zamanda, Brüssel bir sıra tələblər qoyub ki, onların yerinə yetirilməsi üçün ölkədə bir sıra ciddi siyasi islahatlar aparılmalıdır. “Daily Mail” Orbanın bunları etməsinin çox az ehtimallı olduğunu yazıb.
“Eurobarometer”in sorğusunun nəticələrinə görə, Macarıstan vətəndaşlarının 43%-i Aİ-yə pessimist yanaşır, 44%-i isə birliyə inanmır.
Aynurə Məcidova
23:02 / 30 Sentyabr 2026
66
22:17 / 30 Sentyabr 2026
1305
22:16 / 30 Sentyabr 2026
84
21:40 / 30 Sentyabr 2026
120
21:12 / 30 Sentyabr 2026
834
21:10 / 30 Sentyabr 2026
66
20:44 / 30 Sentyabr 2026
69
20:38 / 30 Sentyabr 2026
247
20:33 / 30 Sentyabr 2026
72
20:10 / 30 Sentyabr 2026
125
20:10 / 30 Sentyabr 2026
89
19:50 / 30 Sentyabr 2026
86
19:35 / 30 Sentyabr 2026
458
19:26 / 30 Sentyabr 2026
217
19:26 / 30 Sentyabr 2026
87
19:23 / 30 Sentyabr 2026
74
19:21 / 30 Sentyabr 2026
86
19:15 / 30 Sentyabr 2026
76
19:12 / 30 Sentyabr 2026
95
19:01 / 30 Sentyabr 2026
103
18:53 / 30 Sentyabr 2026
152
18:45 / 30 Sentyabr 2026
121
18:29 / 30 Sentyabr 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.