Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88621
az

İsrail ordusu zərbələr endirib

10:3809 May, 2023
150
  • A
İsrail ordusu çərşənbə axşamına keçən gecə başlayan “Qalxan və ox” əməliyyatı çərçivəsində Qəzza zolağında Fələstinin “İslami cihad” radikal qruplaşmasının 10 obyektini sıradan çıxarıb. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, İsrailin Müdafiə Qüvvələri radikallara məxsus 10 silah zavodu və hərbi obyektə zərbələr endirib. Hərbçilərin məlumatına görə, zərbələr qırıcı təyyarələr və helikopterlərdən istifadə edilməklə endirilib, bombalanan hədəflər arasında Xan Yunis şəhərindəki silah zavodu və terror fəaliyyətlərində istifadə edilən yeraltı tunellərin tikintisi üçün sement istehsal edən obyekt də olub. “Bundan əlavə, “İslam cihad”a məxsus 6 hərbi obyekt vurulub, onların əksəriyyəti bu terror təşkilatının silah anbarları və logistika infrastrukturu kimi istifadə edilib”, - ordudan bildirilib. Bundan başqa, israillilər radikalların Qəzza zolağının cənub hissəsindəki hərbi postuna hücum ediblər. Tərcümə:Aynurə Məcidova Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkə də qarışır – “Ərəb baharı” alovlanır
Bu tarixdə süni intellekt insanların yerinə keçəcək
Lukaşenko bu dəfə o qızla RƏQS ETDİ -VİDEO

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu