Qaynar xətt:

(+99450) 247 90 86

Səudiyyə Ərəbistanı Sudana 100 milyon dollarlıq humanitar yardım edəcək

Səudiyyə Ərəbistanı Sudana 100 milyon dollarlıq humanitar yardım edəcək

DÜNYA

408

08.05.2023, 14:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Səudiyyə Ərəbistanı ordu ilə xüsusi təyinatlılar arasında toqquşmaların davam etdiyi Sudana 100 milyon dollarlıq humanitar yardım edəcək.

 

Oxu24.com  xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mətbuat Agentliyi məlumat yayıb.

 

Təşəbbüsün həyata keçirilməsi Humanitar Yardım və Əməliyyatlar Mərkəzinə həvalə olunub. Yardım, ilk növbədə, döyüşlər səbəbindən evlərini tərk etmiş məcburi köçkünlərə veriləcək. Mərkəz həmçinin Sudanın mülki əhalisinə kömək etmək üçün onlayn xeyriyyə kampaniyasına başlayıb.

 

 

Miri Məcidli