Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna Moldovanı sanksiyalarla hədələyir

Ukrayna Moldovanı sanksiyalarla hədələyir

DÜNYA

286

06.05.2023, 17:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukraynanın İqtisadi İnkişaf, Ticarət və Kənd Təsərrüfatı nazirinin müavini Taras Kaçka bildirib ki, Ukrayna Moldovanı bütün Moldova idxalına cavab məhdudiyyətləri ilə hədələyir.


Oxu24.com xarici mediaya  istinadən xəbər  verir  ki, Kişinyov Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracına elan edilmiş məhdudiyyətləri tətbiq edəcəyi təqdirdə tədbirlər görüləcək.

“Biz Kişinyova məlumat vermişik ki, Moldova tərəfindən istənilən məhdudiyyət son dərəcə qeyri-dost addım hesab olunacaq və Moldovadan bütün idxallara dərhal qadağa qoyulacaq”, - Kaçka bildirib.

Onun sözlərinə görə, qətnamə artıq razılaşdırılıb və hazırlanıb.

Bundan əvvəl Moldova Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracını məhdudlaşdırmağa başlayacağını açıqlamışdı.

 

Tərcümə: Nigar