Qaynar xətt:

(+99450) 247 90 86

Suriya Ərəb Liqasına qayıtdı

Suriya Ərəb Liqasına qayıtdı

DÜNYA

365

07.05.2023, 17:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ərəb Dövlətləri Liqasının (ƏDL) üzvü olan ölkələrin xarici işlər nazirləri Suriyanın alyansa qaytarılması barədə qərar qəbul ediblər.

Oxu24.com xəbər verir  ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əhməd əs-Səhaf bildirib.

“Ərəb Xarici İşlər Nazirləri Şurası Suriyaya Ərəb Liqasındakı yerini qaytarmaq qərarına gəlib. Bu barədə “Alsumaria News” telekanalı məlumat yayıb.


Mayın 7-də Qahirədə LAS Xarici İşlər Nazirlərinin fövqəladə toplantısı keçirilib, burada Suriya və Sudan müzakirə edilib. Bundan əvvəl Ərəb Liqasının üzvləri bildiriblər ki, alyans üzvləri arasında Suriyanın alyansa üzvlüyünü bərpa etmək üçün kifayət qədər səs toplayıb.

Suriyanın Ərəb Liqasına üzvlüyü 2011-ci ilin noyabrında ölkədə vətəndaş müharibəsi başlayandan sonra dondurulub. Bəzi ölkələr də öz səfirlərini Dəməşqdən geri çağırıb.

 

Tərcümə: Miri Məcidli