Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya hərbi fabrikində kamerası olan dron tapılıb

Rusiya hərbi fabrikində kamerası olan dron tapılıb

DÜNYA

345

06.05.2023, 17:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com xəbər  verir  ki,Rusiyanın Teleqram kanallarının yazdığına görə, Novosibirskdə təyyarə zavodunun ərazisində kamerası olan dron tapılıb.

Söhbət Su-34 bombardmançı təyyarələri istehsal edən, eyni zamanda Su-24 təyyarələrinin təmiri və modernləşdirilməsi ilə məşğul olan Çkalov adına Novosibirsk Aviasiya Zavodundan gedir.

Bundan əlavə, zavod S-70 “Okhotnik” ağır zərbə vuran pilotsuz bombardmançı istehsal etməyə hazırlaşır.

İddia olunur ki, kvadrokopter müəssisənin ərazisinə girişin yaxınlığında tapılıb. Dronun gövdəsinə əlavə batareya yapışdırılıb.

Baza xəbər verir ki, dron obyektin giriş-çıxışını izləyib. Nəşrin məlumatına görə, kamera darvazada hərəkəti qeydə alan hərəkət sensoru ilə təchiz edilib. Nəşr hesab edir ki, o, batareyası bitdikdən sonra yerə düşüb.

 

Tərcümə: Nigar