Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya Nikopolu atəşə tutub, ölən və yaralananlar var

Rusiya Nikopolu atəşə tutub, ölən və yaralananlar var

DÜNYA

248

07.05.2023, 11:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Rusiya qoşunları mayın 7-də gecə saatlarında Nikopola ağır artilleriya zərbələri endirib.
Oxu24.com UNİAN-a istinadən xəbər verir ki, hücum nəticəsində bir nəfər ölüb, yaralananlar var. Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergiy Lısak bildirib ki, ölən 72 yaşlı qadındır.
O, həmçinin qeyd edib ki, şəhərdə 7 fərdi yaşayış evi və hündürmərtəbəli bina zədələnib, kollecin yataqxanasının şüşələri sındırılıb. "Üç qaz kəməri, elektrik xətti və 14 günəş batareyası da zərər çəkib. Həmçinin yardımçı tikililər və beş avtomobil yararsız vəziyyətə düşüb", - Lısak bildirib. Aynurə Məcidova