Qaynar xətt:

(+99450) 247 90 86

Ticarət mərkəzində atışma: Ölənlər var

Ticarət mərkəzində atışma: Ölənlər var

DÜNYA

272

07.05.2023, 10:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
ABŞ-ın Texas ştatının Allen şəhərində yerləşən ticarət mərkəzinin yaxınlığında baş verən silahlı insident nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.
Bu barədə Oxu24.com “CNN”ə istinadən xəbər verir. Qeyd olunub ki, şəhər yanğınsöndürmə xidmətinin rəisi Conatan Boyd jurnalistlərə bildirib ki, yeddi nəfər hadisə yerində keçinib, iki nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb.
Daha 7 nəfər güllə yarası alıb, onlardan üçünün vəziyyəti ağır, dördünün vəziyyəti stabildir. Hadisə şahidləri bildirib ki, atəş açan şəxs sadəcə olaraq səki ilə addımlayıb və ticarət mərkəzinə tapançadan atəş açıb. Allen Polis rəisi Brayan Harvi vurğulayıb ki, hücum edən şəxs hadisə yerində olan polis tərəfindən zərərsizləşdirilib. Miri Məcidli