Qaynar xətt:

(+99450) 247 90 86

 Zelenski: "Rusiya apreldə Ukraynada 6139 hərbi cinayət törədib"

 Zelenski: \\\"Rusiya apreldə Ukraynada 6139 hərbi cinayət törədib\\\"

DÜNYA

261

04.05.2023, 16:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Rusiya təkcə aprel ayında Ukraynada 6139 hərbi cinayət törədib. Nəticədə 17-si uşaq olmaqla 207 nəfər həlak olub”.

Oxu24.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Niderlanddakı Beynəlxalq Haaqa Məhkəməsində çıxışı zamanı deyib.

O bildirib ki, mayın 3-də Rusiyanın hücumu nəticəsində 23 mülki vətəndaş ölüb, 48 nəfər yaralanıb: “Biz istəyirik ki, bu, sonuncu müharibə olsun. Daha savaş olmasın”.

V.Zelenski həmçinin qeyd edib ki, Kreml əməllərinə görə məsuliyyət daşımalıdır.

Qeyd edək ki, Ukrayna Prezidenti Niderlandda səfərdədir.

 

Tərcümə: Aynurə Məcidova