Qaynar xətt:

(+99450) 247 90 86

Dronlar Krasnodar və Rostova hücum edib

Dronlar Krasnodar və Rostova hücum edib

DÜNYA

400

04.05.2023, 16:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Mayın 4-nə keçən gecə pilotsuz təyyarələr Rostov vilayətindəki Novoşaxtinski neft emalı zavoduna hücum edib.

“Pilotsuz uçuş aparatı zavodun sexlərarası estakadanın konstruksiyalarına çırpılıb, sonra partlayıb. Partlayış nəticəsində yaranan yanğın dərhal söndürülüb. Yanğının söndürülməsinə yanğınsöndürənlər cəlb olunmayıb, yanğın müəssisənin xidmətləri ilə söndürülüb”, - Rostov vilayətinin qubernatoru Vasili Qolubev teleqram kanalında bildirib.

Oxu24.com xəbər  verir   ki, Onun sözlərinə görə, hadisə nəticəsində insan tələfatı olmayıb, dəymiş ziyan cüzi olub.

Neft emalı zavodu Novoşaxtinsk şəhəri yaxınlığında yerləşir və artıq ötən ilin iyununda dronların hücumuna məruz qalıb. Daha sonra yanğın sahəsi 50 kvadratmetr olub. 

 

Tərcümə: Aynurə Məcidova