Qaynar xətt:

(+99450) 247 90 86

Nazarbayevin keçmiş gəlini həbs olundu

Nazarbayevin keçmiş gəlini həbs olundu

DÜNYA

382

04.05.2023, 16:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Astana məhkəməsi Gülmira Satıbaldı adam oğurluğunda təqsirli bilib.

Oxu24.com xəbər  verir  ki, Bu barədə Kazinform məlumat yayıb.

Gülmira  Satibaldı bir qrup şəxs tərəfindən zor tətbiq etməklə  və adam oğurlamaqda təqsirli bilinib. O, yeddi il müddətinə azadlıqdan məhrum edilib.

İş üzrə digər təqsirləndirilən şəxslər - Gülmira Satibaldının sürücüsü Madi Batırşayev və adam oğurluğunun səbəbkarı Rəşid Utebekov müvafiq olaraq 7 və 5 il müddətinə azadlıqdan məhrum ediliblər. İş üzrə zərərçəkənlər iş adamları Tursen Alaguzov və Aigul Mekesheva olub.

Gülmira Satıbaldı Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldının keçmiş həyat yoldaşıdır. O, Forbes Kazakhstan-ın ölkənin ən nüfuzlu iş adamları siyahısına daxil edilib. Sentyabrda iş adamı vəzifə səlahiyyətlərindən sui-istifadə və Qazaxtelekomun vəsaitlərinin mənimsənilməsi ittihamı ilə on il həbs cəzası alıb.

 

Tərcümə: Miri Məcidli