Qaynar xətt:

(+99450) 247 90 86

Ölən əsgərlərin yaxınları İrəvanda aksiya keçirir, saxlanılan var

Ölən əsgərlərin yaxınları İrəvanda aksiya keçirir, saxlanılan var

DÜNYA

314

04.05.2023, 14:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qarabağda 44 günlük müharibə zamanı ölən əsgərlərin valideynləri İrəvanda hökumət binası qarşısında etiraz aksiyası keçirirlər.

Oxu24.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, onlara müxalifət üzvləri Zarui Postancyan və Naira Zoqrabyan, həmçinin “Müstəqillik Hərəkatının” lideri, Vayots Dzoru vilayətinin keçmiş qubernatoru Edqar Qazaryan qoşulub.

Etirazçılar Baş nazir Nikol Paşinyanın çərşənbə günü parlamentdəki çıxışına öz etirazlarını bildirmək üçün hökumət binasının qarşısına gəliblər. İştirakçılar Paşinyanın Qarabağ məsələsi ilə bağlı açıqlamalarına, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması prosesinə dair açıqlamalarına etiraz ediblər.

Etirazçılar əllərində ölən erməni əsgərlərin fotoşəkilləri, 44 günlük müharibə zamanı Azərbaycanın azad etdiyi şəhər və kəndlərin adları yazılmış plakatlar tutublar.

"Çiçəklənən Ermənistan" partiyasının eks-deputatı Nairi Zoqrabyan "Torpaqları satan satqınlar mütləq "erməni Nürnberq"i qarşısına çıxacaqlar", - deyə çıxış edib.

Etirazçılardan birinin polis tərəfindən saxlanıldığı bildirilir.

Qeyd edək ki, hökumət binasının qarşısında polis kordonu yaradılıb. Baş nazirin özü Nazirlər Kabinetinin binasında deyil və Çexiyaya iki günlük səfərə gedib.