Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ Gürcüstanın NATO-nun təlimlərində iştirak etməməsinə aydınlıq gətirib

ABŞ Gürcüstanın NATO-nun təlimlərində iştirak etməməsinə aydınlıq gətirib

DÜNYA

260

03.05.2023, 21:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ səfirliyi Gürcüstanın NATO-nun "Defender 2023" təlimlərində iştirak etməməsinə aydınlıq gətirib.

Oxu24.com  xəbər verir ki, səfirliyin yaydığı bəyanatda müvafiq qərarın Gürcüstan Müdafiə Nazirliyi ilə birlikdə qəbul edildiyi qeyd edilib.

Vurğulanıb ki, tərəflər Gürcüstanın qarşılıqlı əməliyyat, dözümlülük və müdafiə qabiliyyətlərini gücləndirmək məqsədilə resursların ölkə daxilində keçirilən “Agile Spirit” və “Noble Partner” çoxmillətli təlimlərinə yönəldilməsinə qərar veriblər.

Bəyanatda qeyd olunub ki, ABŞ Gürcüstanla strateji tərəfdaşlığın artırılmasına, Gürcüstan və Amerikanı daha təhlükəsiz etmək üçün birgə işləyəməyə sadiq qalır.

 

Miri Məcidli