İraqın şimalında "Pəncə-kilid" əməliyyatı çərçivəsində iki PKK-lı terrorçu təslim olub.
Oxu24.com xəbər verir ki, Milli Müdafiə naziri Hulusi Akar son 10 gündə 40-a yaxın terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
Milli Müdafiə naziri Hulusi Akar Mehmetçikin terrorla mübarizəsinin qətiyyətlə davam etdiyini bildirib.
Qurumun İraqın şimalındakı iki sözdə liderinin dünən təslim olması ilə bağlı məlumatı paylaşan Akar Suriya sərhəddində 3 terrorçunun zərərsizləşdirildiyini, beləliklə də son 10 gündə 40-a yaxın terrorçunun zərərsizləşdirildiyini bildirib.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR