Qaynar xətt:

(+99450) 247 90 86

Zelenski Almaniyaya səfər edəcək

Zelenski Almaniyaya səfər edəcək

DÜNYA

269

03.05.2023, 19:17

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna Prezidenti Volodimir Zelenskinin mayın 13-14-də Almaniyaya səfər edəcəyi bildirilir.

Oxu24.com xəbər verir ki, alman mətbuatında əksini tapan xəbərlərə görə, Zelenski mayın 14-də Berlinə səfər edəcək.
 

Mayın 14-də Ukrayna Prezidentinin Almaniya kansleri Olaf Şolts tərəfindən hərbi şərəflə qarşılanacağı qeyd olunub.

İki lider görüşdən sonra birgə mətbuat konfransı keçirəcək. Zelenski Prezident Frank-Valter Ştaynmayerlə görüşdükdən sonra helikopterlə Axenə yola düşəcək və orada Beynəlxalq Böyük Karl Mükafatına layiq görüləcək.

 

Miri Məcidli