Qaynar xətt:

(+99450) 247 90 86

Alla Puqaçova Moskvaya qayıtdı

Alla Puqaçova Moskvaya qayıtdı

DÜNYA

267

03.05.2023, 18:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rus estradasının primadonnası, SSRİ Xalq artisti Alla Puqaçova İsraildən Rusiyanın paytaxtına gəlib.

Oxu24.com xəbər verir ki, bu barədə TASS-a onun köməkçisi Yelena Çuprakova bildirib.

A.Puqaçovanın modelyer dostu Valentin Yudaşkinin Moskvada keçiriləcək vida mərasimində iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, V. Yudaşkin mayın 2-də 59 yaşında dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

A.Puqaçova Rusiya-Ukrayna müharibəsi fonunda 2022-ci ilin yazında İsrailə köçüb.

 

Miri Məcidli